“İstintaqın sonuna qədər Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı fərziyyələr irəli sürmək tezdir”.
Qarabaginfo.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kreml sözçüsü faktla bağlı araşdırma aparıldığını qeyd edib və hər hansı aviasiya insidentinin xüsusi aviasiya orqanları tərəfindən araşdırılmalı olduğunu vurğulayıb.
“İstintaqın nəticələrindən əvvəl hər hansı fərziyyə qurmaq düzgün olmazdı. Biz, əlbəttə ki, bunu edə bilmərik və heç kim bunu etməməlidir”, – Peskov bildirib.
Dövlət başçısının mətbuat katibi onu da xatırladıb ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin öz adından və MDB-nin qeyri-rəsmi sammitinin bütün iştirakçıları adından bu təyyarə qəzasında yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. Rusiya lideri yaralanan hər kəsə şəfa diləyib.