Saytımızı qiymətləndirin


 
 

Tbilisidə polis Salome Zurabişvilinin çıxışı üçün quraşdırılması nəzərdə tutulan səhnə avadanlıqlarını müsadirə edib
Tarix: 22-12-2024 | Saat: 19:40
Bölmə:Karusel / Region | çapa göndər

Tbilisidə polis Salome Zurabişvilinin çıxışı üçün quraşdırılması nəzərdə tutulan səhnə avadanlıqlarını müsadirə edib

Tbilisidə polis Gürcüstan prezidenti Salome Zurabişvilinin çıxışı üçün parlamentin qarşısında quraşdırılması nəzərdə tutulan səhnə avadanlıqlarını müsadirə edib.

Qarabaginfo.az xəbər verir ki, məlumatı yerli KİV yayıb.

Bildirilib ki, polis paytaxtın Qəhrəmanlar Meydanında avtomobilin sürücüsünü saxlayıb, mobil telefonunu müsadirə edib və avtomobildə axtarış aparıb. Avadanlıqların olduğu maşının dayanacağa yerləşdirildiyi, sürücünün isə sərbəst buraxıldığı bildirilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkədə hadisəyə münasibət bildirib.

“Bu gün Oruel bizə baxdı və təəccübləndi, hətta o belə səhnənin həbs edilməsini ağlına gətirməmişdi”, - Zurabişvili qeyd edib.

Qeyd edək ki, bu gün saat 21:00-da Salome Zurabişvilinin çıxışı gözlənilir.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər