Tarix: 12-11-2020 | Saat: 11:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Rusiya Aerokosmik Qüvvələrinin “Mi-8” və “Mi-24” helikopterləri Dağlıq Qarabağdakı münaqişənin həlli üçün sülhməramlı əməliyyatına cəlb ediləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 8 ədəd “Mi-8” və “Mi-24” helikopteri “An-124” Ruslan hərbi nəqliyyat təyyarəsi vasitəsilə İrəvan aerodromuna çatdırılıb.
“Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcək”,- deyə açıqlamada qeyd olunub. Bundan əlavə, vertolyotlar sülhməramlı kontingentin heyət və əmlakının çətin keçidli ərazilərə çatdırılmasını təmin edəcək.
Qeyd edək ki, daha əvvəl Baş Qərargah bir gündə 414 nəfərlik rusiyalı sülhməramlı heyətinin, onlarla avtomobilin və digər vasitələrin, habelə 8 helikopter və pilotsuz təyyarənin Dağlıq Qarabağa gətirildiyini bildirmişdi. Ümumilikdə qruplaşmaya 1960 atıcı silahlı hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və digər texnikanın daxil olduğu qeyd olunub.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə və Rusiya arasında Qarabağda atəşkəsə nəzarətlə bağlı müqavilə imzalanıb.
Memorandumu Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu imzalayıb. “Qafqazinfo”
Digər xəbərlər