Saytımızı qiymətləndirin


 
 

Musiqi məktəblərinə direktor və müavinlərinin işə qəbulun müsahibə mərhələsi keçiriləcək
Tarix: 19-12-2024 | Saat: 10:31
Bölmə:Karusel / Təhsil | çapa göndər

Musiqi məktəblərinə direktor və müavinlərinin işə qəbulun müsahibə mərhələsi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi – müsahibə mərhələsi keçiriləcək.

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, iyunun 2-də keçirilmiş müsabiqənin test mərhələsindən uğurlu nəticə əldə etmiş namizədlər müsahibə mərhələsində iştirak edə bilərlər. Müsahibəyə qatılmaq üçün namizədlərin qeydiyyatı 19-29 dekabr tarixlərində “MyCulture” platforması (https://my.culture.az) üzərindən aparılacaq. Qeydiyyat başa çatdıqdan sonra, müsahibənin tarixi, vaxtı və məkanı barədə namizədlərə şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə bildiriş göndəriləcək.

Direktor vəzifəsi üzrə “Test mərhələsi” üçün keçid faizi (balı) - Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu məktəblərində 55 % (55 bal), digər rayonlar üzrə isə 50 % (50 bal) təşkil edir.

Direktor müavini vəzifəsi üzrə “Test mərhələsi” üçün keçid faizi (balı) - Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu məktəblərində 50 % (50 bal), digər rayonlar üzrə isə 45 % (45 bal) təşkil edir.

Müsahibə mərhələsi üçün keçid balı direktor vəzifəsi üzrə 55% (22 bal), direktor müavini vəzifəsi üzrə isə 50% (20 bal) olaraq müəyyən edilmişdir. Keçid balı regionlardan asılı olmayaraq eynidir.

Müsabiqənin hər iki mərhələsində minimal tələblərə cavab verən namizədlər, ümumilikdə 20 vakant yerdən birini seçmək imkanı əldə edəcəklər.
Müsahibə mərhələsində iştirak etmək üçün “Digital.Login” qeydiyyatının olması zəruridir.



Xəbəri paylaş

69 dəfə oxunub.

Digər xəbərlər