Tarix: 23-05-2022 | Saat: 00:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Səudiyyə Ərəbistanı Krallığı Rusiyanın da daxil olduğu OPEC+ ilə saziş imzalamağa ümid edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Krallığın enerji naziri Əbdül Əziz bin Salman “Financial Times”a müsahibəsində deyib.
Nazir qeyd edib ki, bazarda qeyri-müəyyənlik fonunda yeni sazişin təfərrüatları barədə danışmaq hələ tezdir, lakin OPEC+ tələb olarsa hasilatı artıracaq.
Əbdül Əziz bin Salman yanacağın qiymətinin qalxmasını qlobal neft emalı potensialının olmaması ilə əlaqələndirib:
“Bazarda müəyyənedici amil neft emalı zavodlarının gücüdür... Ən azı son üç il ərzində bütün dünya 4 milyon barel neft emalı gücünü itirib, onlardan 2,7 milyonu yalnız koronavirus pandemiyasının başlanğıcından bəridir”.
O qeyd edib ki, siyasət OPEC+-ın işinə mane olmamalıdır, lakin hasilat və neft emalı sahəsində problemlərin aradan qaldırılması üçün hökumətlər sənayeni karbohidrogenlərə investisiya qoymağa təşviq etməlidirlər.
Digər xəbərlər