Ana Sayfa > Karusel / Gündəm > Səudiyyə Ərəbistanı Rusiyanı OPEC+ ilə yeni sazişə daxil etmək istəyir
Səudiyyə Ərəbistanı Rusiyanı OPEC+ ilə yeni sazişə daxil etmək istəyir23-05-2022, 00:38. Yazar: Admin |
Səudiyyə Ərəbistanı Krallığı Rusiyanın da daxil olduğu OPEC+ ilə saziş imzalamağa ümid edir. Qarabaginfo.az xəbər verir ki, bunu Krallığın enerji naziri Əbdül Əziz bin Salman “Financial Times”a müsahibəsində deyib. Nazir qeyd edib ki, bazarda qeyri-müəyyənlik fonunda yeni sazişin təfərrüatları barədə danışmaq hələ tezdir, lakin OPEC+ tələb olarsa hasilatı artıracaq. Əbdül Əziz bin Salman yanacağın qiymətinin qalxmasını qlobal neft emalı potensialının olmaması ilə əlaqələndirib: “Bazarda müəyyənedici amil neft emalı zavodlarının gücüdür... Ən azı son üç il ərzində bütün dünya 4 milyon barel neft emalı gücünü itirib, onlardan 2,7 milyonu yalnız koronavirus pandemiyasının başlanğıcından bəridir”. O qeyd edib ki, siyasət OPEC+-ın işinə mane olmamalıdır, lakin hasilat və neft emalı sahəsində problemlərin aradan qaldırılması üçün hökumətlər sənayeni karbohidrogenlərə investisiya qoymağa təşviq etməlidirlər. Geri dön |