Saytımızı qiymətləndirin


 
 

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin ənənəvi faəliyyət sahələri yenidən bərpa olunacaq
Tarix: 04-11-2023 | Saat: 15:01
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin ənənəvi faəliyyət sahələri yenidən bərpa olunacaq

"İşğaldan azad olunmuş hər bir yaşayış məntəqəsinin ənənəvi faəliyyət sahələri bəllidir. Böyük ehtimalla bu ənənələr yenidən bərpa olunaraq, fəaliyyətə başlanacaq".

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Böyük qayıdışla bağlı Dövlət proqramı hazırlanarkən çox geniş təhlillər aparılıb və hər bir rayonun öz iqtisadi üstünlükləri müqayisə olunub: "Hər bir yaşayış məntəqəsi, istər qəsəbə, kənd və şəhər olsun, hər yerin tarixi, ənənəvi faəliyyət sahələri bəllidir. Bu ənənələr də boş yerə formalaşmır. Bunlar müəyyən coğrafi, iqlim üstünlüklərinə, xammal bazasının mövcudluğuna əsaslanır. Və ona görə də həmin ənənələr böyük ehhtimalla yenidən bərpa olunaraq, fəaliyyətə başlanacaq. Bunun üçün dövlətin orada zəruri infrastruktur formalaşdırması lazımdır. Bu gün deyə bilərik ki, hər bir kəndin, hər bir şəhərin təməlinin qoyulması və yaxud bərpa-quruculuq işlərinin başlanması zamanı layihələndirmədə texniki- iqtisadi əsaslandırma və sosial iqtisadi inkişafla bağlı mövcud prespektivlərin dərin təhlili aparılır, məşğulluq istiqamətləri müəyyən olunur. Buna görə də artıq bizdə əsaslandırıcı məlumatlar mövcuddur. Sadəcə, qalır bunların reallaşdırılması üçün müvafiq dövlət qrumlarının əlaqələndirilmiş fəaliyyətini təşkil etmək. Ağdamda keçirilən bu günkü müzakirə də məhz o istiqamətdə atılmış addımdır. Amma məşğulluqla bağlı, məşğulluğun dayanıqlı və səmərəli şəkildə təşkil olunması ilə əlaqədar bundan sonra da digər işğaldan azad olunmuş ərazilərdə belə görüşlər silsilə şəkildə həyata keçiriləcək ki, konkret problemlər müəyən olunsun və yerində həllini tapsın".



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər