Amerika analitikləri Ukraynanın Xerson istiqamətində son əks-hücumunu təhlil etdi...
Tarix: 30-05-2022 | Saat: 12:40
Bölmə:Karusel / Region | çapa göndər
1273 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-05-2022 | Saat: 12:40
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna hərbçilərinin dünən Xerson vilayətində uğurlu əks-hücum etməsi düşmən qoşunlarını müdafiəyə keçməyə məcbur edib.

Qarabaginfo.az "UNİAN"a istinadla xəbər verir ki, Amerika Müharibə Tədqiqi İnstitutunun ("ISW") analitikləri bu qənaətə gəliblər.
İnstitut bildirir ki, ukraynalı müdafiəçilərin bu cür hərəkətləri çox güman ki, Rusiyanın cənubda güclü müdafiə mövqeləri yaratmaq planlarını pozmağa yönəlib.
“Ukraynanın əks-hücumunun yaxın gələcəkdə əhəmiyyətli ərazilərin geri alınması ilə nəticələndiyi görünməsə də, bu, Rusiyanın əməliyyatlarını poza bilər və potensial olaraq Rusiyanı əlavə qüvvələrini əsasən qeyri-standart bölmələrin nəzarətində olan Xerson bölgəsinə köçürməyə məcbur edə bilər. Əks-hücumlar Rusiyanın Ukraynanın işğal olunmuş cənubuna inzibati nəzarəti gücləndirmək səylərini daha da ləngidə bilər”, - məlumatda belə deyilir.
"UNİAN"-ın daha öncə yazdığı kimi, Xerson Vilayət Hərbi İdarəsi sədrinin müşaviri Sergiy Xlan Ukrayna hərbçilərinin Berislav istiqamətində əks-hücum əməliyyatına başladığını və artıq 9 kilometr irəlilədiklərini bildirib. Onun sözlərinə görə, artıq işğalçılar əvvəllər qurduqları üçüncü müdafiə xəttindən çıxarılır. Bildirilir ki, cənubda əks-hücum hərəkətləri nəticəsində düşmən xeyli itki verib, əlverişsiz və az təchiz olunmuş mövqelərdə müdafiə mövqelərini tutub.(Moderator.az )
Xəbəri paylaş
Digər xəbərlər
12-12-2023, 14:31
Azərbaycanın GUAM-a sədrliyi dövründə prioritet istiqamətləri açıqlanıb
10-02-2025, 12:06
“Azərişıq” rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarında - Fotolar
21-04-2026, 11:56
Şəhidin atası vəfat etdi - Foto
26-10-2021, 08:37
ÜST rəhbəri: “Arxayınlıq virus qədər təhlükəlidir”
29-05-2021, 10:29
Nazirlər Kabineti tikinti ilə bağlı yeni qanunun detallarını açıqlanıb
28-02-2022, 12:58
Azərbaycan-Rusiya sərhədində yaranmış gərginlikdən çıxış yolu tapıldı
8-11-2022, 11:01
Pakistanda Zəfər Günü ilə bağlı fləşmob keçirilib
17-08-2022, 19:25
DSX-nin əsgəri vəfat edib
11-01-2022, 18:35
Azərbaycana 1 344 330 doza "Pfizer" vaksini gətirilib
23-02-2023, 11:15
Avtomobil bazarında son durum - Qiymətlər yenidən artır


















