Ana Sayfa > Karusel / Region > Amerika analitikləri Ukraynanın Xerson istiqamətində son əks-hücumunu təhlil etdi...
Amerika analitikləri Ukraynanın Xerson istiqamətində son əks-hücumunu təhlil etdi...30-05-2022, 12:40. Yazar: Admin |
Ukrayna hərbçilərinin dünən Xerson vilayətində uğurlu əks-hücum etməsi düşmən qoşunlarını müdafiəyə keçməyə məcbur edib.
Qarabaginfo.az "UNİAN"a istinadla xəbər verir ki, Amerika Müharibə Tədqiqi İnstitutunun ("ISW") analitikləri bu qənaətə gəliblər.
İnstitut bildirir ki, ukraynalı müdafiəçilərin bu cür hərəkətləri çox güman ki, Rusiyanın cənubda güclü müdafiə mövqeləri yaratmaq planlarını pozmağa yönəlib.
“Ukraynanın əks-hücumunun yaxın gələcəkdə əhəmiyyətli ərazilərin geri alınması ilə nəticələndiyi görünməsə də, bu, Rusiyanın əməliyyatlarını poza bilər və potensial olaraq Rusiyanı əlavə qüvvələrini əsasən qeyri-standart bölmələrin nəzarətində olan Xerson bölgəsinə köçürməyə məcbur edə bilər. Əks-hücumlar Rusiyanın Ukraynanın işğal olunmuş cənubuna inzibati nəzarəti gücləndirmək səylərini daha da ləngidə bilər”, - məlumatda belə deyilir.
"UNİAN"-ın daha öncə yazdığı kimi, Xerson Vilayət Hərbi İdarəsi sədrinin müşaviri Sergiy Xlan Ukrayna hərbçilərinin Berislav istiqamətində əks-hücum əməliyyatına başladığını və artıq 9 kilometr irəlilədiklərini bildirib. Onun sözlərinə görə, artıq işğalçılar əvvəllər qurduqları üçüncü müdafiə xəttindən çıxarılır. Bildirilir ki, cənubda əks-hücum hərəkətləri nəticəsində düşmən xeyli itki verib, əlverişsiz və az təchiz olunmuş mövqelərdə müdafiə mövqelərini tutub.(Moderator.az )
Geri dön |