Bəşər Əsədin Moskvada olması təsdiqləndi
Tarix: 09-12-2024 | Saat: 15:34
Bölmə:Karusel / Dünya | çapa göndər
123 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-12-2024 | Saat: 15:34
Bölmə:Karusel / Dünya | çapa göndər
Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin hazırda Rusiyada olması barədə yayılan məlumat təsdiqlənib.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.
“Bəli, o Moskvadadır”, - deyə məlumatda qeyd olunub.
Bununla belə, diplomatik nümayəndəlik Əsədlə hər hansı təmasının olmadığını vurğulayıb.
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə Suriyada müxalifət qüvvələri noyabrın 27-də başlatdıqları hücum çərçivəsində Dəməşqi ələ keçiriblər. Suriya ordusunun komandanlığı isə zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.
Daha sonradan TASS agentliyi Əsədin ailə ilə birlikdə Moskvada olması barədə məlumat yayıb.
Xəbəri paylaş
Digər xəbərlər
29-09-2026, 21:09
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
8-10-2022, 21:50
Sabirabadda yol qəzasında 3 nəfər həlak olub
31-07-2023, 13:34
Xaricdə ali təhsil alanların imtahan vaxtı dəyişdirildi
20-04-2026, 20:22
Əli Əsədov bu gün iclas keçirdi - Fotolar
16-03-2022, 00:09
Makron Marina Ovsyannikovaya siyasi sığınacaq təklif edib
16-05-2023, 23:43
Sinan Oğan ikinci tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb



















