Saytımızı qiymətləndirin


 
 

Kobaxidze: ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi
Tarix: 09-12-2024 | Saat: 15:04
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

 

ABŞ ilə kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

“Bizim çox böyük ümidlərimiz var ki, ABŞ-nin yeni administrasiyası dövründə əlaqələri yenidən başlada biləcəyik. Biz münasibətləri keyfiyyətcə bərpa etmək və real strateji tərəfdaşlıq haqqında danışmağa başlamaq istəyirik. İndiyə qədər bizim ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi. Yeni administrasiyanın cəmiyyətimizin dəyərlərinə zidd olan tələblər qoymayacağına əsaslı ümidimiz var”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, ABŞ son etirazlarla əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.



Xəbəri paylaş

63 dəfə oxunub.

Digər xəbərlər
20-08-2021, 15:21 Paşinyan Rusiyanı seçdi