Saytımızı qiymətləndirin


 
 

Zelenskinin nümayəndələri Trampla ilk danışıqları aparıb –Wall Street Journal
Tarix: 05-12-2024 | Saat: 16:01
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası ilə ilk danışıqları aparıb.

Qarabaginfo.az bildirir ki, bu barədə Wall Street Journal (WSJ) xəbər verir.

Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyəti ilə görüşdə ABŞ-ın gələcək vitse-prezidenti J.D.Vens, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolz və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq iştirak edib.

Bir gün əvvəl Yermak Floridada Trampın rəhbərliyi altında Ağ Ev aparatına rəhbərlik edəcək Syuzi Ualys ilə görüşüb.

Danışıqların təfərrüatları açıqlanmayıb, lakin WSJ mənbələrinə görə, Ukrayna tərəfi Tramp komandası ilə münasibətləri yaxşılaşdırmaq və Rusiya ilə müharibədə sülh bağlamağa hazır olduğunu nümayiş etdirmək niyyətini nümayiş etdirib.

“Ancaq bu, dayanqılı sülh olmalıdır. Qeyri-sabit, müvəqqəti sülh nə ABŞ-ın, nə də Ukraynanın maraqlarına xidmət etmir”, – nəşrin həmsöhbəti bunun hansı münaqişənin həlli ssenarisi əsasında mümkün olacağını açıqlamayıb.

Daha əvvəl Reuters-ə mənbələr bildiriblər ki, Trampın müşavirləri Ukraynadakı müharibəni bitirmək üçün ən azı üç variant təklif edirlər.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər