Saytımızı qiymətləndirin


 
 

Bu ölkədə uşaqlara sosial şəbəkəyə girmək qadağan olundu –32 milyon dollar cərimə
Tarix: 27-11-2024 | Saat: 14:02
Bölmə:Karusel / Sosial | çapa göndər

Avstraliya parlamentinin aşağı palatası 16 yaşadək uşaqlar üçün sosial media hesablarının yaradılmasına qadağa qoyub.

Qarabaginfo.az bildirir ki, bu barədə TASS yazır.

Qanunun lehinə 115 deputatdan 102-si səs verib. Yaşıllar və bir sıra müstəqil deputatlar əleyhinə səs verib. Qanun layihəsi Avstraliya Parlamentinin yuxarı palatası tərəfindən qəbul edilərsə, Snapchat, TikTok, Instagram, Reddit və X platformaları 16 yaşdan kiçik uşaqların hesabları qeydiyyatdan keçirməsini qadağan etməli olacaq.

Əgər şirkətlər qanuna əməl etməsələr, onları 32,2 milyon dollar cərimə gözləyir.

Qanunun qəbul edilməsinin təşəbbüskarlarından biri Avstraliyanın Baş naziri Entoni Albanesedir. O, həftənin sonuna kimi onun “şərtsiz təsdiqini” gözlədiyini söyləyib.

Lund Universitetinin sosioloqu Roland Paulsen daha əvvəl “The Conversation”da dərc olunmuş məqaləsində sosial medianın uşaqların psixi sağlamlığına dağıdıcı təsirindən bəhs edərək, bir çox Avropa məktəblərinin bu səbəbdən smartfonlara qadağa qoyduğunu qeyd edib. Ekspert bununla belə, qeyd edib ki, uşaqlar və gənclər arasında narahatlığın artması təkcə texnologiya ilə izah oluna bilməz.

Onun sözlərinə görə, smartfonlar geniş yayılmamışdan əvvəl də aşağı və yüksək gəlirli ölkələrdə psixi xəstəliklərin yayılmasında fərqlər var idi. Daha zəngin ölkələrin sakinləri bu cür pozğunluqlara daha çox meyllidirlər. Bu onu deməyə əsas verə bilər ki, depressiya və narahatlığa səbəb olan smartfonlar deyil, müasir dünyada qeyri-müəyyənliyə qarşı dözümsüzlük, riskdən çəkinmək vəsvəsəsi və ümumilikdə işdə və həyatda mənasızlıq hissi yaradır.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər