Saytımızı qiymətləndirin


 
 

Milli Məclisdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçiriləcək
Tarix: 25-11-2024 | Saat: 15:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclisdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçiriləcək

Sosial sahə ölkə Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, növbəti ildə səhiyyə xərclərinin 70,6%-i icbari tibbi sığortaya yönəldiləcək və İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti 3 milyard manata çatdırılacaq:

“İcbari tibbi Sığorta Fondunda vəsait artımı xidmətlərin keyfiyyətinə də təsir edəcək. Səhiyyə üzrə Dövlət Proqramı çərçivəsində müalicə alanlar da icbari tibbi sığorta ilə əhatələnir. Bu keçidi sürətləndirmək lazımdır. Əhaliyə göstərilən tibbi xidmətlərdə problemlər də mövcuddur. İlkin tibbi xidmətdə problemlər var. Milli Məclisin Səhiyyə komitəsi müvafiq orqanlarla birlikdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçirəcək”.



Xəbəri paylaş

19 dəfə oxunub.

Digər xəbərlər