Ölənə qədər üzünə, öləndən sonra da goruna söyüləcək bir adam var, Əli Həsənov.

 

Əsl vətən xaini verilib, ömürlük həbs olunası adamdır.

Medianı, mətbuatı elə sındırdı, elə qorxaq, asılı, cahil etdi ki. Bu illər ərzində hər gün inkişaf etməli olan bu orqan infantil uşağa döndü. İnkişaf etmədikcə kiçildi, əzildi. Millətin gözünü kor eləsən onun başına necə istəsən oyun açmaq olar.

Yaltaqlari, qorxaqlari ən vacib postlara bağlayıb, arxalarında durdu. Əlimiz heç nəyə çatmadı.

Nə filmlər çəkmək olardı, nə verilişlər hazırlamaq olardı. Dünya TV-lərində təcrübələr keçib daha çox bilgiyə nail olmaq olardı.

Hamımız ala yarımçıq qalmışıq.

1-ci Qarabağ savaşında elə hadisələr olmuşdu ki, yazıları, deyiləsi. Yazıb deməklə bu millətin nə qədər problemini də həll etmək olardı.

Müstəqillik verilərdi mediaya.

Deməyin, yaxşı olacaq. Ən az 10 il itirmişik biz. Yerində heç nə yoxdur.
Yaxşı o vaxt olur, bu gün təməl atılır.

Müharibə bitsin, normal cəmiyyət qura bilsək, bari balalarımız o yaxşı günü görə.

80-lərin nəslini 40 yaşına çatdırıb enerjisini içində boğdular. 40 yaşından sonra da əvvəlki həvəs qalmır daha. Çox bəxtsiz oldu bizim nəsil.

Hər şey gördük, heç nə edə bilmədik.

İnanaq gözəl günlərə. Əldən başqa nə gəlir ki...