Saytımızı qiymətləndirin


 
 

Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
Tarix: 20-11-2024 | Saat: 11:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Orxan Nəzərli, Dövlət Vergi Xidmətinin rəisi

 

Bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O bildirib ki, bazarlar iqtisadi əməliyyatların rəsmiləşdirilməsi prosesinə ciddi təsir göstərir: "Sahibkarların rəsmiləşdirmə prosesinin leqallaşdırılması asanlaşır. Bazar mülkiyyətçiləri üzərində vergi uçot nəzarəti tətbiq ediləcək. Ölkə ərazisində kassalaşma prosesinin əsası kimi uçot prosesi düzgün qurulacaq. Tətbiq ediləcək mexanizm qonşu dövlətlərdə də tətbiq edilir. Mikrosahibkarlıq fəaliyyəti üçün yeni yanaşmalar tətbiq ediləcək. Bu özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişiklikdir. Ölkəmizin beynəlxalq reytinqlərdə vəziyyətinin yaxşılaşdırılması üçün də dəyişikliklər nəzərdə tutulub. Ölkəmizdən qanunvericilik sahəsində gözləntilər mövcuddur”.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər