Tarix: 28-10-2024 | Saat: 13:01
Bölmə:Karusel / Dünya | çapa göndər
"2024-cü il üzrə milli səviyyədə müəyyən edilmiş öhdəliklər üzrə Milli fəaliyyət planında müəyyən edilmiş öhdəliklər üzrə bu gün təqdim olunan hesabat bu sahədəki qeyri-adekvat addımlara son qoymaqla, yeni milli öhdəliklərin qəbulu və hər bir ölkənin bu sahədə növbəti il üçün milli fəaliyyət planlarının təqdim olunması istiqamətində daha cəsarətli addım olacaq".
Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ölkələrin iqlim dəyişikliyi sahəsindəki öhdəliklərinə dair 2030-cu ilə qədərki dövrü əhatə edən hesabatın təqdimat mərasimində deyib.
O bildirib ki, heç də bütün ölkələrin milli fəaliyyət planları iqlim dəyişikliyinin fəsadlarının, xüsusilə də onun iqtisadiyyata və milyardlarla insanın həyatına vurduğu zərərin qarşısını almaq üçün tələb olunan addımları yetərincə əhatə etmir:
"Bu sahədə tərtib olunacaq daha cəsarətli yeni milli fəaliyyət planları iqlim dəyişikliyinin səbəb olduğu böhranı aradan qaldırmağa və ayrı-ayrı ölkələrin, eləcə də həmin ölkələrin əhalisinin həyatının çiçəklənməsinə səbəb olacaq. Bu məsələ eyni aamnda ölkələrə sərmayələrin həcmini artıracaq, iqtisadi artıma və iş yerlərinin yaradılmasına, bütün bunlarla yanaşı, atmosfer çirklənməsi probleminin həcminin azaldılmasına gətirib çıxaracaq. Onu da qeyd edim ki, yuxarıda göstərilən problemlərin həlli insanların sağlamlığının qorunması, xərclərin azadlılması, ekoloji cəhətdən təmiz enerjinin əlçatanlığı və digər məsələlərdə üstünlük əldə etməyə imkan verəcək. Gözlənildiyi kimi, ölkələrin hazırda növbəti il ərzində təqdim olunacaq yeni milli fəaliyyət planlarının hazırlanması ilə məşğul olduğu bir vaxtda bu il üzrə hesabat sözügedən sahədə sadəcə az həcmdə irəliləyişin əldə olunduğunu deməyə əsas verir".
S. Stilin qənaətincə, iqlim dəyişikliyinin qarşısının alınması üzrə hazırkı planların tam həcmdə reallaşdırılması 2030-cu ildə atmosferə 51,5 qiqaton həcmində tullantıların atılması ilə nəticələnəcək. Bu göstərici isə 2019-cu ildən cəmi 2,6 faiz aşağıdır.
O eyni zamanda bildirib ki, atmosferin yuxarıda göstərilən həcmdə istixana qazları ilə çirkləndirilməsi hər ölkənin həm insan faktoru, həm də iqtisadi baxımmından zərər çəkməsi ilə nəticələnəcək.
BMT rəsmisi əlavə edib ki, iqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun hesabatına görə, 2030-cu ildə atmosferə atılacaq istixana qazlarının həcmi 2019-cu ilə nisbətən 43 faiz azalacaq.
S. Stilin fikrincə, BMT növbəti il ərzində bir sıra ölkələrə həmin planların icrası prosesində dəstək göstərəcək:
"2035-ci ilədək qlobal səviyyədə atmosferə atılacaq istixana qazlarının həcminin 2019-cu ilə nisbətdə 60 faiz azaldılması planlaşdırılır. Bu faktor qlobal istiləşmə səviyyəsinin 1,5 ° həcmində azaldılması deməkdir. İqlim fəlakətləri getdikcə dərinləşdiyindən burada hər dərəcə xüsusi önəm daşıyır. İqlim dəyişikliyi üzrə milli fəaliyyət planlarının növbəti mərhələsi iqlim fəaliyyəti sahəsində irəliləyişin əldə olunmasına səbəb olacaq. Bu planların iqtisadiyyatı və istixana qazlarını əhatələyən tullantılar səviyyəsi, eləcə də temperatur həcminin 1,5 faiz saxlanılması ilə bağlı yeni və məqsədyönlü hədəfləri olmalıdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası digər strukturları ilə geniş əməkdaşlıq etməklə həssas qrupa aid ölkələrə geniş spektrli dəstək təmin etməyi nəzərdə tutur. İqlim dəyişikliyi ilə mübarizə üzrə milli fəaliyyət planları bu yüzilliyin ən önəmli sənədlərindən biri olacaq. BMT növbəti il ərzində bir sıra ölkələrə həmin planların icrası prosesində dəstək göstərəcək. Onların yerinə yetirilməsi və bu prosesə dünya ictimaiyyətinin cəlb olunması üzrə addımlar Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) elan ediləcək".
Saymon Stil çıxışında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasına qatılacaq ölkələrin həm BƏƏ, həm də COP28-də əldə olunan öhdəliklərin təsdiqi, bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, qıobal adaptasiya məqsədləri, eləcə də tükənməkdə olan yanacaq mənbələrindən imtina etməklə bağlı öhdəliklərə sadiqliyini bir daha nümayiş etdirəcəklərini deyib:
"COP29 inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının müəyyənləşdirilməsi ilə iqlim maliyyəsi sahəsində konkret və məqsədyönlü nəticələrin əldə olunmasına şərait yaratmalıdır. Müəyyən edilməlidir ki, bu cür dəstək hər ölkənin və dünya iqtisadiyyatının iqlim dəyişmələrinin zərərli təsirlərindən əsaa qorunma üsuludur. Milli öhdəliklərin sonuncu mərhələsi qarşısıalınmaz dəyişikliklərin baş verdiyinə işarə edir. Yeni öhdəliklər isə novbəti il üçün bərpa olunan enerji mənbələrindən istifadə, habelə dünyada aşağı tullantı həcmli iqtisadiyyata keçid sayəsində uğurlu nəticələrin əldə olunmasını təşviq etməlidir".(Apa)
Digər xəbərlər