Saytımızı qiymətləndirin


 
 

Müəllimləri sinif təmirinə kimsə məcbur edə bilməz –Emin Əmrullayev
Tarix: 11-09-2025 | Saat: 16:26
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

“Müəllim sinif otağını təmir etməməlidir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Nazir bildirib ki, məktəbin təmir edilməsi üçün müəllimlərdən pul yığılması qanuni deyil: “Kimsə könüllü formada məktəbin müəyyən hissəsində təmir işi aparırsa, bu, başadüşüləndir. Düzdür, bu da tam qanuni deyil. Lakin direktor tərəfindən məcbur edilməsi yolverilməzdir. Bununla bağlı müəllimlər etiraz etməli və bizə şikayət ünvanlamalıdırlar”.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər