Tarix: 16-09-2025 | Saat: 10:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov mətbuat konfransında deyib.
O bildirib ki, siyahıda Türkiyə liderdir: "İkinci yerdə BƏƏ, üçüncü yerdə Böyük Britaniya, dördüncü yerdə Qazaxıstan yer alıb. Top-5-liyi Səudiyyə Ərəbistanı tamamlayır".
Emil Zeynalov qeyd edib ki, bu ölkələr sırasında əməliyyat həcminə görə Qazaxıstan turistləri premium seqment hesab edilir:
"Turistlərin Azərbaycanda xərcləmələri 10% artıb. Daha çox xərcləmə gecələmə ilə bağlıdır. Orta hesabla bir hoteldə gecələmə xərcləri 133 avro təşkil edib".
Emil Zeynalov əlavə edib ki, Azərbaycana turist qəbulu mövsümi deyil, daimi xarakter daşıyır: “Mastercard” bu baxımdan müştəri məlumatlarını təhlil edir və iqtisadiyyata turizm sektorunun necə töhfə verdiyini paylaşır”.
Digər xəbərlər