Tarix: 30-10-2020 | Saat: 11:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
2020-2021-ci tədris ilinin birinci yarım ilinin sonu yanvar ayında olacaq. Ona görə də şagirdlərin biliklərinin qiymətləndirilməsi barədə indidən fikir bildirmək düzgün deyil.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, istənilən halda onlayn, yaxud əyani formada da olsa şagirdlərin biliklərinin qiymətləndirilməsinin vahid meyarları müəyyənləşəcək:
“Bildiyiniz kimi əvvəlki aylardan bununla bağlı təcrübələrimiz də var. Bu baxımdan vəziyyət stabilləşdikcə, təcrübədə olduğu kimi əvvəlcə ibtidai siniflər, daha sonra yuxarı siniflər həftədə 2-3 dəfə olmaqla məktəbdə əyani təhsil ala biləcəklər. Bizim də arzumuz bunun tezliklə reallaşmasıdır. Amma epidemioloji vəziyyət buna imkan verməlidir”.
Digər xəbərlər