Saytımızı qiymətləndirin


 
 

İsrail ordusu “Əl-Cəzirə” jurnalistlərini HƏMAS-a işləməkdə ittiham edib
Tarix: 24-10-2024 | Saat: 07:59
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail ordusu “Əl-Cəzirə” jurnalistlərini HƏMAS-a işləməkdə ittiham edib

İsrail ordusu Qətərin “Əl-Cəzirə” telekanalının altı jurnalistini Fələstinin HƏMAS və İslami Cihad radikal təşkilatlarına işləməkdə ittiham edib.

 Qarabaginfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin “X” hesabında dərc olunan bəyanatında deyilir.

“İsrail Müdafiə Qüvvələri altı “Əl-Cəzirə” jurnalistinin HƏMAS və İslami Cihad terror təşkilatları ilə hərbi mənsubiyyətini təsdiqləyən çoxsaylı sübutlar aşkar edib. Qəzza zolağında tapılan sənədlər HƏMAS terrorçularının “Əl-Cəzirə” media şəbəkəsinə inteqrasiyasını sübut edir. Ordunun HƏMAS-ın hərbi qanadının yaraqlıları kimi ifşa etdiyi jurnalistlərin əksəriyyəti telekanalda bu təşkilatın təbliği ilə məşğul olub”, - deyə mətbuat xidməti qeyd edib.

İsrail ordusu mövcud sənədlər arasında şəxsi heyətin siyahısı, döyüşçü hazırlığı kurslarının siyahıları, telefon məlumat kitabçaları və terrorçuların maaşları haqqında sənədlər olduğunu bildirib.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər