Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova pakistanlı həmkarına təşəkkür etdi
Tarix: 30-10-2020 | Saat: 10:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sahibə Qafarova pakistanlı həmkarına təşəkkür etdi

 

Cari il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və Senatın Sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət edib. 

Qarabaginfo.az xəbər verir ki, cari il oktyabrın 28-də isə bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərə məktub ünvanlayıb.

Milli Məclisin Sədri məktubda Azərbaycan Milli Məclisinin bütün üzvləri və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyasının bütün üzvlərinə dərin təşəkkürünü bildirərək, Pakistan Parlamentinin belə bir qətmanə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışlayıb.

 

 



Xəbəri paylaş

355 dəfə oxunub.

Digər xəbərlər