Saytımızı qiymətləndirin


 
 

“Şuşa ilində “Şuşa” adını dəyişənlərin rəzaləti...
Tarix: 24-01-2022 | Saat: 13:18
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Rusiyanın Soçi şəhərində keçirilən Şən və Hazırcavablar Klubunun 33-cü Beynəlxalq Festivalında Azərbaycan komandasının rüsvayçı hərəkətini qınayanlar hiddətlərini fərqli şəkildə ifadə edirlər.

Qarabaqinfo.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz festivalda “Şuşa” komandasının adını “Buta”ya dəyişməsini rəzalət adlandırıb:
 

“Azərbaycanı təmsil edən komanda “Şuşa” adını hansısa erməni Rubenin təkidinə görə "Buta” ilə əvəzləyib. “Şuşa ilində “Şuşa” adını dəyişənlərə nə deyəsən...

 

Əlbəttə, güman etmək olar ki, məsul şəxslər bu cür ağlasığmaz səhv addımı xoş niyyətdən, daha irəli çıxmaq üçün, Azərbaycan adını ucaltmaq məqsədilə ediblər.
 

Amma təəssüf ki, lazımı anda düzgün qərara gələ bilməyiblər, milli qürur, milli maraq və beynəlxalq hüquq məsələsini korporativ maraqlara qurban veriblər.

Burada daha çox komandanın arxasında duran dövlət qurumları, cavabdeh məmurlar da məsuliyyət daşıyır.

Düşünmək olar ki, komanda rəhbərliyi bu ad dəyişikliyini hansısa məsul şəxslərlə, məmurlarla məsləhətləşməklə veriblər.

Görəsən kimlər cavabdeh olub bu məsələyə?”.
 

O.Gündüz deyib ki, komandanı yarışa göndərən təşkilatçılar fərqində olmayıblar ki, bu qədər tökülən qanlardan sonra, minlərlərlə şəhidin qanı hesabına azad olunan torpaqların adı, Şuşa adı, Qarabağ adı sadəcə ad deyil, bizim üçün hər şeydir:

“Xatırlayıram ki, Vətən Müharibəsinin qızğın çağında McDonald's, KingBurger və PapaJohn's kimi qlobal şirkətlərin Azərbaycan nümayəndəliklərində də oxşar problemlər olmuşdu.

Bu qlobal şirkətlər ANCA erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını Azərbaycan nümayəndəliklərinin saytlarından sildirmişdilər. Sonradan bəziləri səhvləri anlamış, ciddi ictimai təpkilərdən sonra üzrxahlıq etmişdilər...

Təəssüf ki, aidiyyatı qurumlar baş verənlərlə bağlı nə müharibə zamanı, nə də müharibədən sonra ciddi tədbirlərlər görmədiyindən oxşar hadisələr təkrarlanır.

Ümid edək baş verənlərə rəsmi qurumlar ciddi qiymət verəcək və gələcəkdə təkrarlanmaması üçün zəruri addımlar atılacaq”.



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər