Tarix: 07-09-2024 | Saat: 11:18
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında bu gün növbəti mübarizəyə qoşulacaq.
Qarabaqinfo.az xəbər verir ki, 100 metr məsafəyə qaçışda çempion olan idmançı bu dəfə 400 metr məsafədə qüvvəsini sınayacaq. Yarışlar Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.
Bu gün L. Vəliyeva ilə yanaşı, daha beş azərbaycanlı idmançı çıxış edəcək. Belə ki, paraatlet Orxan Aslanov uzunluğa tullanmada, paracüdoçular Xatirə İsmiyeva (70 kiloqram), Dürsədəf Kərimova (70 kiloqram) və İlham Zəkiyev (90 kiloqram) 1/4 finalda qələbə üçün yarışacaqlar. Onların yarışı Bakı vaxtı ilə 11:30-da start götürəcək.
Paraüzgüçü Raman Saley 100 metr məsafəyə “butterfly” üzgüçülüyü yarışında növbəti medalı əldə edə bilər. Təsnifat saat 12:47-də baş tutacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.
Digər xəbərlər