Saytımızı qiymətləndirin


 
 

Zelenski hərbi rəhbərliklə cəbhədəki son vəziyyəti müzakirə etdi
Tarix: 21-10-2024 | Saat: 17:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna prezidenti Zelenski hərbi rəhbərliklə cəbhədə son vəziyyəti müzakirə edib. 
Qarabaginfo.az bildirir ki, bu barədə prezident öz paylaşımında qeyd edib.
Görüşdə müdafiə naziri Rustəm Umerov, Silahlı Qüvvələrin Ali Baş Komandan Oleksandr Sirskyi və Baş Qərargah rəisi Anatolii Barqileviç iştirak edib.
“Bizim əsas diqqətimiz cəbhədəki vəziyyət- yaxın gələcək üçün addımlar, döyüşçülərimizin cəbhələrdə səmərəli fəaliyyətləri üçün zəruri olan hər şey: silahlar, hərbi texnika, təchizat və briqadaların komplektləşdirilməsi oldu”-deyə dövlət başçısı qeyd edib.
Sirski döyüş cəbhəsindəki son vəziyyət barədə ətraflı məlumat verib. İclasda Kursk əməliyyatı ayrı-ayrılıqda müzakirə olunub.
“Rusların planlaşdırdığı Ukrayna ərazisindəki bufer zona əvəzinə, sərhədimizə yaxın Rusiya ərazisində bufer zona yaratmışıq. Bütün döyüşçülərimizə göstərdikləri şücaətə görə minnətdaram. Ukrayna xalqını rus əsarətindən azad etmək üçün “mübadilə fondu”nun doldurulmasına xüsusi önəm verilir. Kursk əməliyyatı sayəsində artıq xeyli sayda insanımız azadlığa buraxılıb”-deyə Zelenski yazıb.


Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər
1-03-2022, 18:41 Rubl kəskin ucuzlaşıb


Bu gün, 08:25Quterreş Bakıdadır