Tarix: 20-10-2024 | Saat: 21:42
Bölmə:Karusel / Dünya | çapa göndər
HƏMAS hələ də Siyasi Bürosuna rəhbər seçə bilməyib
Qarabaginfo.az xarici mətbuata xəbər verir ki, təşkilat daxilində liderliklə bağlı müzakirələr aparılır.
"Asharq Al Awsat" nəşri mənbələrə istinadən yazır ki, bu vəzifəyə ən çox ehtimal olunan namizədlər arasında Məhəmməd Dərviş, Xəlil əl-Həyya, Məhəmməd Nazzal və Xalid Məşəl nəzərdən keçirilir.
Nəşrin məlumatına görə, HƏMAS yeni liderin kimliyini gizlətməyə çalışacaq. Qeyd olunur ki, rəhbərlikdə təmsil olunan şəxslərin əksəriyyəti təhlükəsizlik səbəbi ilə təşkilatın liderinin adının gizli saxlanmasının tərəfdarıdır.
Mənbələr bildiriblər ki, bu cür tədbirlər HƏMAS siyasi bürosunun yeni rəhbərini İsrailin təqiblərindən qoruya bilər. Hərəkat, həmçinin İsrail rəsmilərini danışıqların bərpa ediləcəyi təqdirdə qərarları kimin verəcəyi ilə bağlı çaşdırmaq istəyir.
Qeyd edək ki, İsrail hakimiyyəti HƏMAS lideri Yəhya Sinvarın oktyabrın 16-da öldürüldüyünü bildirib. O, avqust ayında sələfi İsmayıl Haniyənin öldürülməsindən sonra hərəkatın Siyasi Bürosunun rəhbəri seçilmişdi.
Digər xəbərlər