Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib.
Səfir bildirib ki, son 33 ildə Azərbaycan böyük inkişafa nail olub.
“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olmuşdur. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”, – diplomat qeyd edib.