Ana Sayfa > Karusel / Siyasət > Britaniya səfiri Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Britaniya səfiri Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib


18-10-2024, 14:30. Yazar: Admin

Fergus Auld Britaniyanın Azərbaycanda maliyyələşdirdiyi layihələrlə tanış olacaq | Report.az

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib.

Səfir bildirib ki, son 33 ildə Azərbaycan böyük inkişafa nail olub.

“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olmuşdur. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”, – diplomat qeyd edib.


Geri dön