Saytımızı qiymətləndirin


 
 

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir
Tarix: 18-10-2024 | Saat: 14:13
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

İcbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları sırasına isə aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından tələb etmək, o cümlədən aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini aptek təşkilatından tələb etmək daxil edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.



Xəbəri paylaş

115 dəfə oxunub.

Digər xəbərlər