Saytımızı qiymətləndirin


 
 

Gürcüstan DTX-dən seçkiqabağı - Xəbərdarlıq
Tarix: 16-10-2024 | Saat: 11:16
Bölmə:Karusel / Region | çapa göndər

gurcustan-dtx-den-seckiqabagi

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində baş verə biləcək təxribatlarla bağlı xəbərdarlıq yayıb. 

Qarabaginfo.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, qurumun məlumatına görə, siyasi dairələrlə əlaqəli qruplar saxta video və səs yazıları yaymağı planlaşdırır. 

Sözügedən yazılarda isə Gürcüstanın hökumət nümayəndələrinin səs və videogörüntülərindən istifadə oluna biləcəyi qeyd olunub:

“Bu cür yalan məlumatların yayılmasında məqsəd hakimiyyət qolları arasında qarşıdurmanı qızışdırmaq, eləcə də hökumətlə Pravoslav kilsəsi arasında düşmənçiliyi alovlandırmaq, hökumətin Qərb tərəfdaşları ilə münasibətlərini pisləşdirməkdir”.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

 



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər