Saytımızı qiymətləndirin


 
 

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb
Tarix: 07-10-2024 | Saat: 13:07
Bölmə:Karusel / Təhsil | çapa göndər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb

Sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 265, Rusiya Federasiyasından 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarus Respublikasından 21, Polşa Respublikasından 10, Macarıstandan 8, Litva Respublikasından 6, Almaniya Federativ Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 4, Niderland Krallığından 4, Çin Xalq Respublikasından 3, İran İslam Respublikasından 3, Kipr Respublikasından 3, Latviya Respublikasından 3, Qazaxıstan Respublikasından 3, Bolqarıstan Respublikasından 1, Çex Respublikasından 1, Fransa Respublikasından 1, Kanadadan 1, Malayziyadan 1, Özbəkistan Respublikasından 1, Pakistan İslam Respublikasından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınıb.

 



Xəbəri paylaş

115 dəfə oxunub.

Digər xəbərlər