Saytımızı qiymətləndirin


 
 

Britaniya Çaqos adaları üzərində davam edən suverenliyindən imtina edəcəyini bildirib
Tarix: 03-10-2024 | Saat: 20:50
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya Çaqos adaları üzərində davam edən suverenliyindən imtina edəcəyini bildirib

Böyük Britaniya Hind okeanında yerləşən strateji əhəmiyyətə malik Çaqos adaları üzərində yarım əsrdən çox davam edən suverenliyindən imtina edəcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, razılaşmaya əsasən, Böyük Britaniya Çaqos adalarını Mavrikiyə təhvil verəcək. Bu qərar öz müstəmləkə ərazilərini əldən vermək istəməyən Fransa üçün nümunə olmalıdır.

Dövlətlər keçmiş müstəmləkə ərazilərindən imtina etdiyi bir dönəmdə Fransa hər vəchlə, sahib olduğu dənizaşırı ərazilər üzərində sərt nəzarəti gücləndirməklə müstəmləkəçilik siyasətini yeni üsullarla davam etdirir.

İndiki postmüstəmləkə dövründə Fransanın bu siyasəti keçmiş kaloniyalarını siyasi, iqtisadi, mənəvi-mədəni sahələrdə öz təsiri altında saxlayıb, həmin ölkələrin təbii sərvətlərini mənimsəmək məqsədi daşıyır. Fransanın bu siyasətdən əl çəkməməsi yerli xalqların daha da məhvi ilə nəticələnir.

Lakin, Makron hökuməti anlamalıdır ki, bu yanlış siyasətin nəticəsi yoxdur və o uğursuzluğa düçar olmağa məhkumdur. Nə qədər ki, gec deyil, Fransa dənizaşırı ərazilərin müstəqilik yolundan çəkilməli və öz bədnam siyasətinə son qoymalıdır



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər
18-09-2018, 13:23 Sabah yağış yağacaq