Saytımızı qiymətləndirin


 
 

Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə plenar iclas keçirilib
Tarix: 01-10-2024 | Saat: 16:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə plenar iclas keçirilib

Azərbaycan Prokurorluğunun yaranmasının 106 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə plenar iclas keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən iclasda Bakıda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının üzv ölkələrin Baş prokurorları və nümayəndə heyətləri də iştirak edib.

İclasda prokurorluq orqanlarının keçdiyi yolla bağlı video-çarx nümayiş etdirilib.

Baş prokuror Kamran Əliyev tədbirdə çıxış edərək bildirib ki, oktyabrın 1-də ölkəmiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən prokurorluq orqanlarının təsis edilməsinin ildönümünü qeyd edir:
"Həmin vaxtdan etibarən 1 əsrdən də daha çox müddətdə prokurorluqda, xüsusən də sovet dövründən sonra və 1990-cı illərin ortalarında ölkənin hüquq sistemini beynəlxalq standartlara uyğun istiqamətləndirən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında mühüm islahatlar aparılıb".

Baş prokuror qeyd edib ki, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaranan problemlərin həlli və qabaqcıl müasir təcrübələrin birləşdirilməsi istiqamətində islahatların yeni mərhələsinə başlanılıb.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər