Azərbaycanın vestern janrında çəkilmiş ilk filmi olan “Yeddi oğul istərəm” filmi 1970-ci ildə çəkilib.
Qarabaginfo.az bildirir ki, 54 ildən sonra filmin çəkildiyi məkanlarla bağlı “Youtube”də görüntülər paylaşılıb.
Qeyd edək ki, film böyük şairimiz Səməd Vurğunun “Komsomol poeması” əsasında çəkilib. Filmin rejissoru kinorejissor Tofiq Tağızadədir.
Film Bakının Fatmayı, Şağan kəndlərində və digər yerlərində lentə alınıb.
Filmdə Azərbaycanın görkəmli kino ustaları çəkilib.