Tarix: 28-09-2024 | Saat: 15:56
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda briqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəisləri ilə toplanış keçirilib.
Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib
General-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb, peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib. Müdafiə nazirinin birinci müavini çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çoxməqsədli JF-17C (Block-III) təyyarələrinin təqdimatının və Bakıda keçirilmiş "ADEX" Beynəlxalq Müdafiə Sərgisinin əhəmiyyətini xüsusi qeyd edib.
Sonda toplanışa cəlb olunmuş və müvəffəqiyyətlə bitirmiş heyətə sertifikatlar təqdim edilib.
Digər xəbərlər