Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda neft hasilatı 150 ildə necə dəyişib?
Tarix: 27-09-2024 | Saat: 14:25
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycanda neft hasilatı 150 ildə necə dəyişib?

Azərbaycanda istehsal göstəriciləri ilə bağlı ən qədim statistika məhz neft sektoru ilə bağlıdır.

 

Qarabaqinfo.az-ın məlumatına görə, Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına XIX əsrin ortalarından başlanıb.

 

1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur.

 

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlamışdır.

 

1871-ci ildən neft hasilatının statistikası aparılır.  

 

Həmin il  Azərbaycanda qaz kondensatı da daxil olmaqla xam neft hasilatı 19 min ton təşkil edib.

 

4 ildən sonra hasilat 100 min tonu keçib, 1875-ci ildə  Azərbaycanda 105 min ton neft çıxarılıb.

 

Azərbaycanda neft hasilatının 1 milyon tonu keçməsi 10 il vaxt alıb.

 

1884-cü ildə hasilat 1 milyon 460 min ton olub. 1901-ci ildə hasilat növbəti psixoloji həddi 10 milyon tonu keçib. Həmin il 10 milyon 979 min ton neft çıxarılıb.

Lakin 3 il sonra kəskin tənəzzül başlayıb. Düz 1930-cu ilədək illik hasilat 2 -9 milyon ton arasında dəyişib.

 

Ən aşağı göstərici isə 1921-ci ildə qeydə alınıb. Həmin il respublikada cəmi 2 milyon 457 min ton neft çıxarılıb.

 

1930-cu ildən başlayaraq illik hasilat 10 milyon tondan çox olub və  1936-cı ildə 20  milyon tonluq növbəti həddi keçib.

 

İkinci Dünya müharibəsi dövründə hasilat yenidən azalıb, 1962-ci ilədək illik istehsal 10-20 milyon ton arasında dəyişib.

 

Düz 8 il Azərbaycanda neft hasilatı davamlı olaraq 20 milyon tonu üstələyib.

 

1971-1993-cü illərdə hasilatda sabit azalma müşahidə olunub və illik 10-20 milyon ton arasında dəyişib.

 

1994-cü ildə istehsal yenidən 10 milyon tondan az olub və bu səviyyə 4 il davam edib.   

 

1998-ci ildən sonra  hasilat kəskin şəkildə artmağa başlayıb.

 

Buna 1 il əvvəl Çıraq Platformasında ilk neftin çıxarılması səbəb olub.

 

1998-ci ildə hasilat 11 milyon tona yüksəlib.

2005-ci ildə  Azəri-Çıraq-Günəşli yatağının birinci fazası çərçivəsində hasilata başlanılıb.

 

Həmin il ölkədə neft hasilatı 22 milyon tonu keçib.

 

Bundan 1 il sonra hasilat təxminən 50 faiz artıb və 32 milyon tona yüksəlib.

 

Qərbi və Şərqi Azəri yataqlarında hasilata başlanılması ilə əlaqədar 2007-ci ildə neft hasilatında yenidən sıçrayış qeydə alınıb və istehsal 42 milyon tonu keçib.

 

2009-cu ildə isə hasilat göstəricisi 50 milyon tonluq növbəti həddə çatıb.

 

Azərbaycanın neft sənayesi tarixində rekord göstərici 2010-cu ildə qeydə alınıb.

 

Həmin il 50 milyon 838 min ton neft istehsal edilib.

 

2011-2016-cı illərdə neft hasilatı 40-50 milyon ton arasında dəyişib, amma sabit templə azalmağa doğru gedib.

 

2017-ci ildə istehsal 40 milyon tondan aşağı düşüb və 2023-cü ilədək sabit templə azalıb.

 

Ötən il Azərbaycanda neft hasilatı 30,2 milyon ton təşkil edib.



Xəbəri paylaş

56 dəfə oxunub.

Digər xəbərlər