Saytımızı qiymətləndirin


 
 

Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq
Tarix: 26-09-2024 | Saat: 11:50
Bölmə:Karusel / Dünya | çapa göndər

Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq

Azərbaycanla Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 2023-cü ildə 2 dəfə artıb. Ticarət dövriyyəmiz 1,8 milyard dollara çatıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumunda çıxışı zamanı Qətər Ticarət və Sənaye nazirinin müşaviri Mohammed bin Salman Al Malki deyib.

O bildirib ki, KƏŞ ölkələri Azərbaycanla əlaqələrin inkişafında yeni səviyyəyə çata bilər.

“Məqsəd Azərbaycanla KƏŞ ölkələri arasında əməkdaşlığı artırmaqdır. İqtisadi və ticarət sahəsində uğurlu investisiya layihələri yaratmağa çalışırıq.
Azərbaycanla energetika, mədən, enerji və digər sahələrdə qarşılıqlı investisiya üçün prespektivlər var. İqtisadi sahələrin diversifikası, kənd təsərrüfatı, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilməlidir. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün təşəbbüsləri dəstəkləyəcəyik. KƏŞ-ə üzv ölkələrlə Azərbaycan arasında 2024-2028-ci illər üzrə ortaq fəaliyyət planı müxtəlif sahələrdən strateji əməkdaşlığı əks etdirir".(Apa)



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər