Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib
Tarix: 25-09-2024 | Saat: 14:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

Sentyabrın 25-də Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə nazirinin maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb.

Qarabaginfo.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib.
Daha sonra stenddə baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər