Saytımızı qiymətləndirin


 
 

Bakıda yolu bağlayan TIR şirkəti rəhbərinə hökm oxunub
Tarix: 24-09-2024 | Saat: 10:30
Bölmə:Karusel / Kriminal | çapa göndər

oglu-hebs-edilse-de-ozu-azadliqda-qaldi

Külli miqdarda dələduzluqda təqsirləndirilən, yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Atası Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il şərti cəza verilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən Rəmiş Cəfərovun 8 il, atası Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2022-ci il fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.

Daha sonra Rəmiş Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.

Habelə analoji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.



Xəbəri paylaş

77 dəfə oxunub.

Digər xəbərlər
31-10-2022, 16:21 Paşinyan İrana gedir