Tarix: 21-09-2024 | Saat: 11:38
Bölmə:Karusel / Dünya | çapa göndər
Ərdoğan Kamala Harrislə görüşmək İSTƏYİR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına gedir.
Qarabaqinfo.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Ərdoğan ABŞ prezidentliyinə namizəd, vitse-prezident Kamala Harrislə görüşmək istəyir.
Ərdoğan sentyabrın 24-də BMT-nin 79-cu Baş Assambleyasında çıxış edəcək. Onun sammit çərçivəsində dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir. Amma Ərdoğanın kiminlə görüşəcəyi bəlli deyil.
"Alman dalğasının" türkcə xidmətinin məlumatına görə, ABŞ prezidenti Co Baydenlə Ərdoğanın planlaşdırılan görüşü yoxdur. "Bloomberg" isə yazır ki, Ərdoğan bu səfər zamanı ABŞ vitse-prezidenti və Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harrislə görüşmək istəyir.
Qeyd olunub ki, Ərdoğan və komandası bazar günü Nyu Yorkda xeyriyyə tədbirinə qatılacağı gözlənilən Harrisdən görüşlə bağlı cavab gözləyir. Ərdoğanın Harrisin vitse-prezidentliyə namizədi Tim Valz ilə də görüşə hazır olduğu bildirilib.
Digər xəbərlər