Tarix: 18-09-2024 | Saat: 10:53
Bölmə:Karusel / Dünya | çapa göndər
Qarabaqinfo.az-ın məlumatına görə, bir neçə gün əvvəl Ermənistanın "Joğovurd" qəzeti Fransadakı erməni icmasından olan mənbələrə istinadən bildirib ki, Makron sentyabrın 21-də, Ermənistanın Müstəqillik Günündə İrəvana gələcək.
Qəzetin yazdığına görə, bu günlərdə onun səfərinin təfərrüatları müzakirə olunur.
Qeyd edək ki, fevralın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan Makronu Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün 2024-cü ilin sentyabrında Ermənistana dövlət səfərinə dəvət edib.
Rəsmi Paris səfərlə bağlı açıqlama verməyib.
“Hraparak” qəzeti isə yazır ki, Makronun səfəri Nikol Paşinyanın oktyabrın 4-5-də keçiriləcək 19-cu Frankofoniya Sammitində iştiraka dəvət olunması ilə daha da müəmmalı olub.
Bildirilir ki, ötən həftə Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourn Ermənistana səfər edib. Nazirin Ermənistana gəlməsi və Paşinyanın dəvəti Makronun Ermənistana gəlməyəcəyi görüntüsü yaradır.
Xatırladaq ki, 2021-ci ildə Paşinyan Makronu İrəvanda gözlədiyini bildirib. Lakin səfər baş tutmayıb.
Digər xəbərlər