Saytımızı qiymətləndirin


 
 

Paşinyan “Böyük Ermənistan” xülyasına görə erməni xalqından ÜZR İSTƏDİ
Tarix: 17-09-2024 | Saat: 11:11
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Paşinyan “Böyük Ermənistan” xülyasına görə erməni xalqından ÜZR İSTƏDİ

“Əminəm ki, erməni xalqı artıq öz seçimini real Ermənistanın xeyrinə edib”.

Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bildirib.

Paşinyan deyib ki, bu gün ölkədə müzakirə olunan konseptual dilemma belədir:

Ermənistan Respublikası “Böyük Ermənistan” qurmaq üçün forpost olmalıdır (“Tarixi Ermənistan” konsepsiyası) və ya beynəlxalq səviyyədə tanınmış ərazisində öz vətəndaşlarının rifahını təmin etməlidir (“Real Ermənistan” konsepsiyası).

Baş nazir əmin olduğunu bildirib ki, erməni xalqı öz seçimini artıq çoxdan real Ermənistanın xeyrinə edib.

Onun sözlərinə görə, müxtəlif vaxtlarda ölkə idarəçiləri, o cümlədən özü də xalqı dinləməyərək, onu hansısa “tarixi dövrdə” yaşamağa məcbur ediblər.

“Məhz buna görə də biz xalqımızdan üzr istəməliyik və mən də öz tərəfimdən üzr istəyirəm”.

Paşinyan dolayısı ilə qeyd edib ki, hakimiyyəti idarə edənlərin uzun illər qonşulara qarşı düşmənçilik siyasəti yürütməsi nəticəsində erməni xalqı əziyyət çəkib.

O bununla da “Böyük Ermənistan” konsepsiyasının heç vaxt gerçəkləşməyəcək xülya olduğunu bir daha təsdiqləyb.

"Bizim dünya və beynəlxalq münasibətlər haqqında anlayışımız səthi olaraq qalır", - deyə Paşinyan fikirlərinə davam edib

“Biz Hayrik Xrimyanın verdiyi ideyaları bəzədik, onları lent və krujeva ilə bağladıq, lakin dünyanı tanımaq tərzimizdə çox dəyişmədik. Dünya bizim üçün naməlum bir yer olmaqda davam edir və onu tanımaq əsas vəzifədir. Hökumətin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət təkcə bizim dünya haqqında təsəvvürlərimizi deyil, həm də dünyanın bizimlə bağlı fikirlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq anlamına gəlir”, - baş nazir qeyd edib.



Xəbəri paylaş

54 dəfə oxunub.

Digər xəbərlər