Saytımızı qiymətləndirin


 
 

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta VERİLDİ
Tarix: 17-10-2023 | Saat: 12:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta VERİLDİ

Binəqədi, Sumqayıt və Abşeronun sərhədləri yenidən müəyyən edilir.

 

Qarabaqinfo.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.


Belə ki, iclasda “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

 

Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

 

Digər dəyişikliyə əsasən, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər