Saytımızı qiymətləndirin


 
 

İsmayıllıda saxlanılan məmur polkovnik-leytenant imiş - Foto
Tarix: 05-09-2024 | Saat: 10:24
Bölmə:Karusel / Kriminal | çapa göndər

ismayillida-saxlanilan-memur-polkovnik-leytenant-imis

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirib.

Qarabaginfo.az “Modern.az”a istinadən məlumatına görə, keçirilən əməliyyat nəticəsində saxlanılan Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır.

1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.

15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb, 2021-ci ildə İH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.



Xəbəri paylaş

71 dəfə oxunub.

Digər xəbərlər