ABŞ və Böyük Britaniya nüvə silahı sahəsində əməkdaşlığı nəzərdə tutan Qarşılıqlı Müdafiə Müqaviləsi üzrə məhdudiyyətləri aradan qaldırmaq istəyir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
“İndi 1958-ci ildə imzalanmış müqaviləni hər 10 ildən bir yeniləmək lazımdır. Sonuncu dəfə bu, 2014-cü ildə edilib və dekabrda prosedur təkrarlanmalıdır”, – nəşr qeyd edir.
“Financial Times”a görə, müqavilənin müddətsiz olması nüvə çəkindirmə vasitələrinin bahalı modernləşdirilməsinə başlaması ilə bağlıdır.
Qanunla hələlik ratifikasiya edilməmiş dəyişikliklər BMT-nin Rusiyanın Ukraynadakı müharibəsinin nüvə silahı uğrunda qlobal yarışa səbəb olduğu barədə xəbərdarlıq etdiyi bir vaxta təsadüf edir.