Saytımızı qiymətləndirin


 
 

KİV: Makron Pavel Durova "Telegram"ın ofisini Parisə köçürməyi təklif edibmiş
Tarix: 28-08-2024 | Saat: 12:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Pavel Durov - Emmanuel Makron

 

2017-ci ildə Fransanın xüsusi xidmət orqanları “Telegram” sosial platformasının yaradıcısı Pavel Durova prezident Emmanuel Makronun şirkətin ofisini Parisə köçürməklə bağlı təklifini çatdırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yazı “The Wall Street Journal” nəşrində dərc olunub.

Müəllifin mülahizələrinə görə, 2018-ci ildə tərəflər arasında görüş baş tutub və Fransa lideri təklifini özü şəxsən təkrarlayıb.

P. Durov uzun müddət vətəndaşlığı və məhkəmələrin “Telegram” ilə bağlı qərarlarının icrasını rədd edib. Nəhayət o, 2021-ci ildə Fransa vətəndaşlığını alıb.

Bir qədər əvvəl isə Fransanın təhlükəsizlik orqanları ona məxsus mobil telefonun şifrəsini ələ keçirib. Bu tədbir “Telegram”dan istifadə etməklə İŞİD sıralarında döyüşmək üçün muzdluların cəlb olunması faktları ilə əsaslandırılıb.

Qeyd edək ki, Pavel Durov 24 avqust, axşam saatlarında saxlanılaraq, 12 epizod üzrə sorğu-sual edilib.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər