“2020-ci ilin noyabrın 9-da imzalanan üçtərəfli sənədin hər hansı şəkildə xatırladılması onun bütün bəndlərinin həyata keçirilməsi kontekstində olmalıdır”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan tərəfindən yazılıb.
II Qarabağ savaşında harada olduğu bilinməyən bu tip daha irəli gedib:
“Əgər hər hansı danışıqlar üçün üçtərəfli bəyanat əsas götürülürsə, o zaman Qarabağ, Qarabağ ermənilərinin qayıdışı və onların təhlükəsizliyinə təminat müddəaları haqqında danışmaq lazımdır”.
Bundan sonra Abramyan yenə Paşinyan hökumətini tənqid edib və onları qorxaqlıqda suçlayıb.