Saytımızı qiymətləndirin


 
 

Norveç Aİ-nin Rusiyaya qarşı yeddinci sanksiya paketinə qoşulub
Tarix: 26-08-2022 | Saat: 20:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

В ЕС объявили шестой пакет санкций против России. Новости :section-UKR.NET.

Norveç Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı iyulun 21-də tətbiq etdiyi yeddinci sanksiyalar paketinə qoşulub.

Qarabaginfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiya rəhbərliyinə və elita nümayəndələrinə təzyiqi saxlamaq üçün sanksiyaların tətbiqi məsələsində yenidən Aİ ilə birgə fəaliyyət göstəririk”, - krallığın xarici işlər naziri Anniken Hyuitfeldt deyib.

Norveçin də qoşulduğu sanksiyalar Rusiya ilə kommersiya fəaliyyətinin aparılmasını daha da azaldır. Bundan əlavə, Moskva meri Sergey Sobyanin və “Rostex”in rəhbəri Sergey Çemezov da daxil olmaqla, 50-dən çox fiziki şəxsə, eləcə də Rusiyanın “Sberbank”ı da daxil olmaqla 10 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib.

Yeddinci sanksiyalar paketi, həmçinin qızılın birbaşa və dolayı yolla idxalına, alınmasına və ya ötürülməsinə qadağa qoyulmasını nəzərdə tutur.



Xəbəri paylaş

1161 dəfə oxunub.

Digər xəbərlər