Tarix: 19-10-2020 | Saat: 10:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Dünya dəyişir, müharibə cinayətlərini törədənlər cəzalandırılır”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Bakıda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.Şentop deyib ki, Xocalı soyqırımı olanda dünyada bir sistemsizlik vardı: “Artıq Xocalı soyqırımının olduğu dünyada yaşamırıq, başqa dünyada yaşayırıq”.
TBMM sədri qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Ermənistana silah yardımı etdiyi məlumdur: “Bu silahları Ermənistan almır, bu silahlar onlara bağışlanır. Siz Ermənistana silah verirsinizsə, bu münaqişəni necə həll edə bilərsiniz? Yəni 30 il ərzində münaqişəni həll etmək nəticə vermədi deyil, belə niyyətləri olmayıb. ABŞ Dövlət katibi deyir, ümid edir ki, Ermənistan torpaqlarını müdafiə edər. O, yəqin ki, tarixi və coğrafiyanı bilmir”.
Digər xəbərlər