Saytımızı qiymətləndirin


 
 

KİV: Netanyahunun bəyanatına görə HAMAS girov mübadiləsini rədd edib
Tarix: 19-08-2024 | Saat: 10:19
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrailin baş naziri Benyamin Netanyahu

 

İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin tərəfi ilə razılaşma əldə olunması imkanlarının məhdudluğu barədə bəyanatından sonra HAMAS ABŞ-nin girovların mübadiləsi təklifini rədd etdiyini açıqlayıb.

Qarabaginfo.az “Times of Israel”ə istinadən xəbərinə görə, bu barədə İsrail tərəfini danışıqlarda təmsil edən şəxslərdən biri deyib.

O bildirib ki, Baş nazir Benyamin Netanyahu hazırkı mövqeyində israr etsə, razılaşma baş tutmayacaq. Başqa sözlə desək, Netanyahunun mövqeyi uğurlu nəticə imkanlarını məhdudlaşdırıb.

Öz növbəsində B.Netanyahu da müzakirələrin müsbət nəticə verəcəyinə inanmadığını bildirib. Bununla belə, ABŞ-nin prezidenti Co Bayden tərəflər arasında danışıqların uğurla yekunlaşacağına inamını ifadə edib.

Qeyd edək ki, B.Netanyahu İsrail ordusunun Qəzza sektoru ilə kəsişmədəki Filadelfiya xəttində qalmasında israr edir, lakin Fələstin tərəfi isə bu vəziyyətin gərginliyi daha da artıracağında israrlıdır.

HAMAS rəhbərliyi bəyan edir ki, sonradan irəli sürülən bu şərt girovların mübadiləsi üzrə təkliflər paketində göstərilməyib.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər